“Azərbaycanda birgə nikahdan olan ermənilər yaşayır”- Komitə sədri


15:12     03 May 2019 mubariz-640x325.jpg

"Multikultural dəyərlər yeni ideyalar deyil, xüsusilə son dövrlər bəzi siyasətçilər multikultural dəyərlərin müasir dövr üçün əlverişli olmadığı fikrini təlqin edirdilər"


Femida.az Azvision.az-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Müasir dünyada etnik-mədəni müxtəlifliyin artması və onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasətinin əhəmiyyəti" mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.

"Bəşəriyyət artıq elə bir mərhələyə qədəm qoyub ki, biz multikultural dəyərlərin daha geniş şəkildə qorunmasını təbliğ və təşviq edirik".

Komitə sədri əlavə edib ki, multikultural dəyərlərin gün keçdikcə əhəmiyyəti daha artır: "Azərbaycanda birgə nikahdan olan ermənilər yaşamaqdadırlar. Onu da xatırladım ki, bu gün ölkədə 2500-dən çox məscid, 33 qeyri-müsəlman dini icmalar var".

Femida.az

Açar sözlər:

Oxunub: 463