Usubov Allahşükür Paşazadənin bacısı oğluna yüksək vəzifə verdi
15:40 03 May 2019
Daxili işlər orqanlarında yeni təyinat olub.
Femida.az xəbər verir ki, ONA-nın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis kapitanı Əli Şərif oğlu Əsədullayev Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölmənin rəis müavini təyin edilib.
Qeyd edək ki, Ə. Əsədullayev İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi, polis general-mayoru Şərif Əsədullayev oğlu, Şeyxülislam Allahşükür Paşazadənin bacısı oğludur.
Qeyd edək ki, 13-cü polis bölməsinin bundan əvvəlki rəis müavini, polis mayoru Mehman Əsədov bu ilin fevral ayında ölkədən qaçarkən tutulub. O, dələduzluqda ittiham olunur.
Oxunub: 563
Oxşar xəbərlər
- Usubov Moskvada təhlükəsizlik katibləri ilə bir arada - FOTOLAR
- Usubov polkovnikə yeni vəzifə verdi
- Usubov saxta vəsiqə satan polkovniki qovdu
- Usubov Ağcabədidə yeni rəis təyin etdi
- Usubovun sıra baxışının vaxtı dəyişdirilib
- Usubov Bakıda bu rəislərin yerini dəyişdi
- Usubov yeni rəis təyin etdi
- Usubov 4 rayona yeni polis rəisi təyin etdi - SİYAHI
- Usubov generalın qardaşı oğluna vəzifə verdi - FOTO
- Usubov generalın qardaşını rəis təyin etdi