Vaşinqtondan Türkiyəyə pozitiv təklif


18:11     03 May 2019 2019/05/2084410_1556887971.jpg

Türkiyə müdafiə naziri Hulusi Akar Vaşinqtonun “Patriot” zenit-raket komplekslərinin alınması ilə bağlı rəsmi Ankaraya “daha pozitiv” təklif irəli sürdüyünü açıqlayıb.


Bu haqda “RİA Novosti” məlumat verir.

Onun sözlərinə görə, ABŞ-ın yeni təklifində Türkiyənin əvvəldən gözlədiyi mövqe yer alır.

Akar əlavə edib ki, rəsmi Ankara “Patriot” sistemlərini almaqdan savayı, həm də ölkə daxilində zenit-raket komplekslərini istehsal etmək niyətindədir.

Xatırladaq ki, fevral ayında Türkiyə prezidenti Tayyib Ərdoğan ABŞ-ın “Patriot” sistemlərinin alınması ilə bağlı Ankaranın iki əsas şərtini (kreditin ayrılması və zenit-raket komplekslərinin birgə istehsalı) yerinə yetirə bilməyəcəyini bildirmişdi.

Ancaq aprel ayında Türkiyə müdafiə naziri, “Patriot”la bağlı ABŞ-dan yeni təklifin daxil olduğunu açıqlamışdı. Türkiyə XİN isə Ankaranın ABŞ-la danışıqları davam etdirdiyini bəyan etmişdi.

2017-ci ildə Türkiyəyə Rusiyanın “S-400” zenit-raket komplekslərinin tədarükü ilə bağlı müqavilə Ankara və Vaşinqton arasında diplomatik müstəvidə “soyuq yellərin əsməsinə” səbəb olub. ABŞ hökuməti NATO müttəfiqində Rusiya komplekslərindən imtina etməsini tələb edir.

Açar sözlər:

Oxunub: 453


Oxşar xəbərlər