Ağdaşda "07" "Kamaz"a çırpıldı - Sürücü öldü


17:30     03 May 2019 trend_kamaz_crash_250912_1.jpg

Ağdaşda ölümlə nəticələnən yol qəzası baş verib.


Femida.az-ın məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 261-ci kilometrliyində, Ağdaş rayonu ərazisində baş verib.

Gecə saatlarında Bakı sakini Nəsibov Vüqar Məhəmməd oğlu idarə etdiyi "VAZ 2107" markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan Samux rayon sakini Zeynalov Heydər Ələddin oğlunun idarə etdiyi "Kamaz" markalı yük maşınına arxadan çırpılıb. Nəticədə V. Nəsibov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Maşın   #Avtomobil   #Yanğın   #Qəza   #FHN   #Nazirlik  

Oxunub: 448