Milli parklara gedən turistlərin sayı açıqlanıb
18:41 03 May 2019
Cari ilin 4 ayı ərzində ölkəmizdə fəaliyyət göstərən milli parklara ümumilikdə 11131 nəfər turist səfər edib. Onlardan 9850-si yerli, 1281-i isə xarici vətəndaş olub.
Femida.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyininin (ETSN) Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, hazırda milli parklarda rəngarəngliyinə və məzmununa görə fərqlənən 110 turist marşrutu fəaliyyət göstərir:
"Biz istərdik ki, milli parkları ziyarət edən turistlərin sayı daha çox olsun. Düzdür, qış mövsümündə havaların soyuq olması ilə əlaqədar insanların milli parklara səyahət etməsi çox müşahidə olunmur. Ancaq biz may ayından etibarən milli parklara səyahət edənlərin sayının artımında böyük sıçrayış gözləyirik, çünki hava şəraiti də, təbiət də buna imkan verəcək. Ekoloji turizm bizim üçün yeni anlayışdır və bu sahədə müsbət nailiyyətlər əldə olunacağına ümid edirik".
Femida.az
Oxunub: 445
Oxşar xəbərlər
- Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən şəxs məlum olub
- Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb
- Milli Məclisin komitə sədri Ermənistan parlamentinin rəhbəri ilə görüşüb
- Milli Məclisin sədri Misirə səfər edəcək
- Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
- Milli Məclis qumar oyunlarına görə cərimələri I oxunuşda qəbul edib
- Milli Məclis sədrinə yeni köməkçi təyin edilib
- Milli Məclisin komitələri "Media haqqında" yeni qanun layihəsini ikinci oxunuşda müzakirə edir
- Milli Məclisin iclası başlayıb
- Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb