Qəbiristanlıqda bibisini öldürən şəxsə ağır cəza istəndi


17:56     03 May 2019 hokm.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qubada qəbiristanlıqda qadını döyərək öldürməkdə təqsirləndirilən Mişi Migirovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.



Femida.az-ın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında M.Migirovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses qeyri-müəyyən günədək təxirə salınıb.

Qeyd edək ki, hadisə ötən il Qubanın Slaboda qəsəbəsində baş verib. Qəsəbə sakini M.Migirov bibisi Şuşan Sumxayevanı qəbiristanlığa apararaq döyüb. Nəticədə xəstəxanaya yerləşdirilən Ş.Sumxayeva ölüb.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları M.Migirovu saxlayıb.

Xatırladaq ki, M.Migirov daha əvvəl Rusiya Federasiyasında məhkumluq həyatı yaşayıb.

Femida.az

Açar sözlər: #Hökm   #Hakim   #Məhkəmə   #Həbs    

Oxunub: 427