Ticarət mərkəzində qan töküldü:Əvvəl arvadını,daha sonra özünü bıçaqladı
22:34 03 May 2019
Sumqayıtda iki nəfərin ağır bədən xəsarətləri alması ilə nəticələnən bıçaqlanma hadisəsi olub.
Femida.az -ın ONA-ya istinadən məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində, Mərkəzi bazarın yaxınlığında yerləşən ticarət mərkəzlərinin birində baş verib.
Eynək mağazalarının birində satıcı işləyən qadının yanına həyat yoldaşı gələrək onunla mübahisə edib.
Tərəflər arasında qısqanclıq zəminində yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.
Belə ki, 1992-ci il təvəllüdlü Gülnar Amaşovanı həyat yoldaşı, 1980-ci il təvəllüdlü Elçin Amaşov bıçaqlayıb. Sonra isə E.Amaşov özünə bıçaq xəsarətləri yetirib.
Ağır yaralanan hər iki şəxs xəstəxanaya yerləşdirilib və əməliyyat olunublar. Vəziyyətlərinin stabil olduğu bildirilir.
Məlumata görə, tərəflər bir müddətdir ki, küsülü olublar. Qadın acıq edərək valideynlərinin evinə gedib və boşanmaq istəyirmiş.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 956
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"