Ağstafada iki ədəd “Qrad” raketi tapılıb


09:26     04 May 2019 19_05_04_1556947625.jpg

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağstafa rayonunda əməliyyat keçirib.


Femida.az xəbər verir ki, Agentliyə rayonun Poylu qəsəbəsi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə dərhal həmin əraziyə gəlib, 1 ev və həyətyanı sahəyə baxış keçiriblər.

Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd “Qrad” qurğusu ücün raket (122 mm-lik “9M22U”) aşkar olunub.

Raketlər Agentliyin poliqonunda məhv edilib.

Açar sözlər:

Oxunub: 344