“Bakı Marafonu-2019”a 1 gün qaldı
11:57 04 May 2019
Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu-2019” keçiriləcək.
Femida.az xəbər verir ki, layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir. “Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.
“Bakı Marafonu-2019”un mükafatlandırması iki kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.
O cümlədən, bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunacaq. Finiş xəttini keçən ilk 1000 iştirakçı isə “Bakı Marafonu-2019”un xüsusi medalları ilə təltif ediləcək.
Oxunub: 523
Oxşar xəbərlər
- “Bakı bəyannaməsi” imzalandı
- “Bakı Metropoliteni” maşinist axtarır
- “Bakı Kristal Zalı”nın Mətbuat Mərkəzinin təmirinə başlanılır
- “Bakı Metropoliteni”nin yığılmış zərəri 500 milyon manata yaxınlaşıb
- “Bakı Metropoliteni"ndə koronavirusa qarşı görüləcək tədbirlər açıqlanıb
- “Bakı Metropoliteni”ndə 2 milyon manatlıq təmizlik işləri görüləcək
- “Bakı” İstilik Elektrik Mərkəzi qışa hazır vəziyyətə gətirilib
- “Bakıda əmlakı olanlar ən azı 50 manat ödəməlidir” - Yeni qanun
- “Bakıda taksi fəaliyyəti ilə bağlı vəziyyət ürəkaçan deyil” - BNA rəsmisi
- “Bakı Metropoliteni” qatarların hərəkət qrafikini dəyişir