"Akula Akif" azadlığa buraxıldı


13:45     04 May 2019 513762_421215hebs.jpg

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi, mayor Akif Əliyev azadlığa buraxılıb.


Femida.az Trend-ə istinadən xəbər verir ki, ötən ay Ali Məhkəmənin qərarı ilə A.Əliyevin 5 il azadlıqdan məhrumetmə cəzası 3 il 6 aya endirilib.

Bu gün isə onun cəzası başa çatıb və 3 saylı İstintaq Təcridxanasından azadlığa çıxıb.

Qeyd edək ki, A.Əliyev 2015-ci ildə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov və keçmiş şöbə rəisi Orxan Osmanovla birgə həbs edilib.

Bakə Hərbi Məhkəməsinin hökmü ilə A.Çovdarov 12 il, S.Məmmədov 11 il, A.Əliyev 5 il, O.Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayətləri təmin etməyib.

Femida.az

Açar sözlər: #MTN   #həbs  

Oxunub: 615