Oqtay Əsədov İtaliyaya gedəcək
14:39 04 May 2019
Mayın 6-da Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti İtaliyanın paytaxtı Roma şəhərinə səfər edəcək.
Parlamentin Mətbuat xidmətindən Femida.az-a verilən məlumta görə, nümayəndə heyətinin tərkibinə İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun başçısı Azər Kərimli, deputatlardan Ülviyyə Ağayeva, Vahid Əhmədov, Elşad Həsənov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Səfər zamanı nümayəndə heyətinin üzvləri İtaliya Senatının və Deputatlar Palatasının rəhbərliyi, Azərbaycanla dostluq qrupunun təmsilçiləri ilə görüşlər keçirəcək, qanunvericilik orqanları arasında əlaqələrin bu günü və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparacaqlar. Milli Məclisin nümayəndə heyəti İtaliya parlamentinin qanunvericilik fəaliyyəti ilə yaxından tanış olacaq.
Səfər mayın 8-də başa çatacaq.
Femida.az
Oxunub: 368
Oxşar xəbərlər
- Oqtay Gülalıyevin oğlu reanimasiyaya yerləşdirilib
- Oqtay Şahbazov Prezidentin İşlər müdiri vəzifəsindən azad edildi - SƏRƏNCAM
- Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmayıb? - TƏBİB-dən MÜNASİBƏT
- Oqtay Şirəliyev peyvənd olundu - Video
- Oqtay Şirəliyevin səhhəti ilə bağlı açıqlama
- Oqtay Şirəliyev: “Səhiyyə Nazirliyinin “B” planı var” - VİDEO
- Oqtay Əsədov Milli Məclisin iclasına gəlmədi
- Oqtay Əsədov Milli Məclisin bu komitəsinə üzv oldu
- Oqtay Şirəliyev bu dərmanlarla bağlı qərar imzaladı
- Oqtay Gülalıyev yenidən əməliyyat olunub