Əlillərə 10 min reabilitasiya vasitəsi verilib
13:44 04 May 2019
Bu ilin yanvar-aprel aylarında əlilliyi olan şəxslər 10 135 reabilitasiya vasitəsi ilə təmin edilib.
Bu barədə Femida.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, cari ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi 3 691 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib. Onlardan 425 nəfəri ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.
Qeyd olunan dövrdə Mərkəz tərəfindən əlilliyi olan şəxslərə 470 əlil arabası, 356 aşağı və yuxarı ətraf, habelə döş protezi, 389 aşağı və yuxarı ətraf ortezi, 2 273 müxtəlif reabilitasiya vasitəsi, bel və boyun nahiyəsi üçün 91 korset, 516 cüt protez ayaqqabı, 1 925 cüt ortopedik ayaqqabı, 312 dördayaqlı dayaq vasitəsi verilib. Əlilliyi olan şəxslər həmçinin 914 qoltuqaltı və dirsəkaltı ağac, 524 ədəd əsa və s. reabilitasiya vasitələri ilə təmin ediliblər.
Ümumilikdə, 2019-cu ilin yanvar-aprel aylarında Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən əlilliyi olan şəxslərə 10 135 reabilitasiya vasitəsi verilib, 256 nəfərə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib.
Femida.az
Oxunub: 756
Oxşar xəbərlər
- Cəlilabadın icra başçısının müavini işdən çıxarılıb
- Ucarda üzərinə benzin tökərək yandıran əlil ölüb
- Hərbçilərə mərmi apararkən minomyotla vurdular: İNDİ ƏLİLLİK ALA BİLMİR
- Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
- Cəlilabadda kütləvi dava olub, biri yeniyetmə olmaqla üç nəfər xəsarət alıb
- Cəlilabadda 30 yaşlı şəxs intihar edib
- Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
- Daha 50 Vətən müharibəsi əlilinə avtomobil verilib
- Agentlik sədri: "Bu il 30 min şəxsə əlillik təyin olunub"
- Cəlilabadda yanğın başlayıb