Bakıda 19 minə yaxın işsiz var


16:22     04 May 2019 issizler.jpg


Bu ilin apreli ayının 1-nə Bakıda işsizlik statusu verilmiş şəxslərin sayı 18 658 nəfər təşkil edib ki, onlardan 530 nəfəri işsizlikdən sığorta ödənişi alanlar olub.

Femida.az-ın Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin analoji tarixi ilə müqayisədə 2,5% azalıb.

İşsizlikdən sığorta ödənişi alan 530 nəfərə hesablanmış orta aylıq məbləğ 256,40 manat olub. Bakı şəhəri üzrə işsiz şəxslərdən 7 154 nəfərini qadınlar təşkil edib. İşçi qüvvəsinə olan tələbat mart ayının axırına şəhər üzrə cəmi 2 526 nəfərdir, onlardan 1 311 nəfəri fəhlələrdir.

Qeyd edək ki, Bakı üzrə ən çox işsizlik statusuna malik olanlar Suraxanı rayonunda, ən az isə Pirallahı rayonunda qeydə alınıb.

Femida.az

Açar sözlər: #Bakı  

Oxunub: 493