Ramil Quliyev Tokio Olimpiadasına vəsiqə qazandı
17:15 04 May 2019
Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Tokio Olimpiadasına vəsiqə qazanıb.
Femida.az xəbər verir ki, 28 yaşlı atlet Qətərdə keçirilən “Diamond League” turnirində 200 metr məsafəyə qaçış yarışında 19,99 saniyəlik nəticə ilə birinci olub.
R.Quliyev bu nəticə ilə 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanıb.
Qeyd edək ki, Azərbaycanlı atlet Türkiyə milli komandasının heyətində 2017-ci ildə Londonda keçirilən dünya çempionatında 200 metr məsafəyə qaçış yarışında qızıl medal qazanıb. O, 200 metr məsafəyə qaçış yarışlarında dünyanın ən güclü ağdərili idmançısı hesab olunur.
Femida.az
Oxunub: 464
Oxşar xəbərlər
- Ramil Səfərovun vəkili: "Ermənilər səs-küy qaldıraraq ikinci zabitimizi də məsuliyyətə cəlb etmək istəyirdi" (MÜSAHİBƏ)
- Ramil Usubovun oğlunun yerinə təyinat oldu
- Ramil Usubov İsrail səfirini qəbul edib
- Ramil Usubovun oğluna yeni vəzifə verilib - ƏMR
- Ramil Usubov özbəkistanlı həmkarı ilə görüşüb
- Ramil Quliyev Brüsseldə mövsümün ən yaxşı nəticəsini göstərdi
- Ramil Usubov və Vilayət Eyvazov yeni təyinatlardan sonra ilk dəfə birlikdə - VİDEO
- Ramil Usubov hüquq məzunlarının buraxılış müdafiəsində
- Ramil Usubov kollektivlə sağollaşıb, Vilayət Eyvazov nazir qismində təqdim edilir
- Ramil Usubovun təyin olunduğu qurum hansı işləri görür?