Nəzir qutusundan pul oğurlandı
19:16 04 May 2019
Salyanda məsciddə oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Femida.az -a verilən məlumata görə, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 2-də Dayıkənd kənd məscidinin nəzir qutusundan pul oğurlamaqda, habelə 2 ədəd nəzarət kamerasını və sərinkeşi sındırmaqda şübhəli bilinən kənd sakini M.Abbasov saxlanılıb.
Femida.az
Oxunub: 334