Sabirabad və Biləsuvarda qəza - 3 nəfər ölüb


09:50     05 May 2019 qeza_avto.jpg


Sabirbad rayonunda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə Alayan-Şirvan yolunda, Xankeçən kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetməni itirərək yolun kənarına aşıb. Qəza nəticəsində rayon sakinləri: - 1984-cü il təvəllüdlü Fərzəliyev Saməddin İbrahim oğlu, 1964-cü il Əhmədova Xatirə Aslan qızı və 1968-ci il təvəllüdlü Əhmədova Sevda Zakir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Salyan Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. S.Fərzəliyev xəstəxanada dünyasını dəyişib. Digər iki nəfər isə travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Biləsuvarda da iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

Hadisə yeni Ələt-Astara magistral yolunun 90-cı kilometrliyində Biləsuvar rayonu ərazisində baş verib.

"Hyundai" markalı minik avtomobil idarəetməni itirərək aşıb. Qəza nəticəsində 2 nəfər hadisə yerində ölüb. Hər iki meyit Salyandakı morqa gətirilib. Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. (Report)

Femida.az

Açar sözlər:

Oxunub: 585