Ata qızına sataşan 57 yaşlı kişini döyərək öldürdü


14:58     05 May 2019 19_05_05_1557051025.jpg

İstanbulda ata qızına sataşan 57 yaşlı kişini döyərək öldürüb.
Azvision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, özəl klinikalardan birində çalışan 19 yaşlı tələbə qız işdən evə qayıdarkən avtobusda 57 yaşlı kişi tərəfindən təcavüzə məruz qalıb.

Şinasi B. adlı kişi qızı yaşadığı evə qədər təqib edib. Qız mənzilə daxil olandan sonra evin qarşısında onu gözləməyə başlayıb. Gənc qız başına gələn hadisəni anasına danışıb. Nəticədə onun atasına da məlumat çatıb.

44 yaşlı Yılmaz Y. dərhal evə gələrək evin qarşısında dayanan 57 yaşlı kişini döyməyə başlayıb. Aldığı zərbələrdən sonra Şinasi xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisədə təqsirli bilinən Yılmaz Y. həbs olunub.

“Təkcə atam yox, küçədə olan hər kəs o adamı döyüb. Polis və təcill tibbi yardıma zəng edən də məhz atam olub”, - deyə qız polisə ifadəsində bildirib.

Açar sözlər:

Oxunub: 466