“Bakı Marafonu”nun qalibi uqandalı oldu
15:58 05 May 2019
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2019”un qalibi müəyyənləşib.
Femida.az xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonunda marşrutu ilk olaraq uqandalı İsmail Ssenyange qət edib. Uqandalı atlet marşrutu 1 saat 8 dəqiqə 35 saniyəyə başa vurub.
Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometr məsafəni əhatə edib və Bakı Olimpiya Stadionunda başa çatıb.
Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi ilə təşkil olunub.
Oxunub: 473
Oxşar xəbərlər
- “Bakı bəyannaməsi” imzalandı
- “Bakı Metropoliteni” maşinist axtarır
- “Bakı Kristal Zalı”nın Mətbuat Mərkəzinin təmirinə başlanılır
- “Bakı Metropoliteni”nin yığılmış zərəri 500 milyon manata yaxınlaşıb
- “Bakı Metropoliteni"ndə koronavirusa qarşı görüləcək tədbirlər açıqlanıb
- “Bakı Metropoliteni”ndə 2 milyon manatlıq təmizlik işləri görüləcək
- “Bakı” İstilik Elektrik Mərkəzi qışa hazır vəziyyətə gətirilib
- “Bakıda əmlakı olanlar ən azı 50 manat ödəməlidir” - Yeni qanun
- “Bakıda taksi fəaliyyəti ilə bağlı vəziyyət ürəkaçan deyil” - BNA rəsmisi
- “Bakı Metropoliteni” qatarların hərəkət qrafikini dəyişir