“Qarabağ” yenə çempion oldu


20:33     05 May 2019 qarabaggg.jpg

Bu gün Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilib.

Femida.az xəbər verir ki, günün əsas qarşılaşması “Qarabağ” klubu ilə “Səbail” arasında baş tutub.

Ağdam təmsilçisi rəqibinə 4:0 hesabı ilə qalib gələrək, yarışın bitməyinə bir tur qalmış çempionluğu rəsmiləşdirib. Bununla da “Qarabağ” ardıcıl 6-cı, ümumilikdə isə 7-ci dəfə Azərbaycan çempionu olub.

Topaz Premyer Liqasında 27-ci turun nəticələri:

“Keşlə” – “Zirə” - 1:3
“Qəbələ” – “Neftçi” - 1:3
“Qarabağ” – “Səbail” - 4:0


Femida.az

Açar sözlər:

Oxunub: 412