Rusiya təyyarəsi yana-yana eniş etdi - 10 ölü (Yeniləndi)


21:22     05 May 2019 2019/05/4B0A6B9B-273C-4D17-A698-5CF2F5052AA9_1557077078.jpeg

Moskva - Murmansk reysi ilə hərəkət edən sərnişin təyyarəsi eniş zamanı yanmağa başlayıb.

Femida.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Moskvanın Şeremetyevo hava limanında baş verib.

Təyyarədə olan 72 sərnişin və 6 ekipaj üzvü xilas edilib. Yanğın zamanı 6 sərnişinin xəsarət aldığı, bir nəfərin öldüyü bildirilir.

Hadisə yerinə təcili tibbi yardım briqadaları, xilasedicilər cəlb edilib. Əlavə məlumat verilməyib.


***

"Moskva" agentliyi Fövqəladə Xidmət əməkdaşına istinadla 10 nəfərin öldüyü barədə xəbər yayıb.

RİA isə hələlik bir nəfərin öldüyünü təsdiqləyib.

Şeremetyevo aeroportu müvəqqəti olaraq bağlanıb.



Femida.az

Açar sözlər:

Oxunub: 1269