Türkiyə on minlərlə ermənini deportasiya edə bilər
09:55 06 May 2019
Türkiyədən əmək mühacirlərinin potensial deportasiyası praktikada gerçəkləşdirilə bilər, ona görə ki, bu ölkədə oyun qaydaları dəyişib.
Bu barədə erməni ekspert Ruben Melkonyan “Sputnik Armeniya”ya verdiyi müsahibədə danışıb.
Ekspertin sözlərinə görə, Türkiyədə son vaxtlar millətçilik təzahürləri müntəzəm hal almağa başlayıb. Onun sözlərinə görə, qanunsuz erməni mühacirlərlə bağlı problem Türkiyənin ictimai-siyasi diskursunda yeni məsələ deyil.
Birinci dəfə belə bir məsələ keçmiş baş nazir Tansu Çillerin vaxtında qaldırılıb, o, erməniləri ölkədən qovmaqla hədələyib. Ardınca digər hökumət başçıları, o cümlədən, indiki prezident Rəcəb Tayyip Ərdoğan oxşar bəyanatlar səsləndirib.
Melkonyan bildirib ki, ermənilərin Türkiyədən deportasiya edilməsi üçün zəmin var. Buna misal kimi Türkiyənin daxili problemlərini, Azərbaycanla dost-qardaş münasibətləri və Ermənistana qarşı düşmən münasibətinin artmasını göstərib.
“Həmçinin, belə bir şayiə yayılıb ki, erməni mühacirlərin deportasiya edilməsi üçün zəmin Ermənistanın Suriyaya sülhməramlı qüvvələr göndərməsi ola bilər. Ancaq düşünmürəm ki, bu, əsas səbəb olsun, çünki unutmaq lazım deyil ki, Ermənistanın hərbi kontingenti Suriyada hərbi yox, humanitar missiyanı yerinə yetirib”, - deyə ekspert qeyd edib.
Oxunub: 444
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"