"Üzərində çalışdığımız "Ağ sənəd" var" -İcraçı direktor


10:07     06 May 2019 19_05_06_1557123009.jpg

"Bizim palata ölkəyə yatırılan investisiyaların 80 faizini təmsil edir. Uzun illərdir ki, üzərində çalışdığımız "Ağ sənəd" var. Hansı ki, bu sənəddə təkcə məhkəmə yox, vergi, gömrük , bank və s. sahələri əhatə edir".



Femida.az xəbər verir ki, bu sözləri Azərbaycandakı Amerika Ticarət Palatasının icraçı direktoru Natavan Məmmədova deyib.

O, bildirib ki, bu günkü tədbir ölkə prezidentinin 29 mart tarixli mediasiya haqqında qanun və 3 aprel 2019-cu il tarixli məhkəmə hüquq sistemindəki islahatlarla bağlı sərəncamının müzakirəsinə həsr olunub:

"Bir ölkədə qanunun aliliyi, məhkəmə hüquq sisteminin müstəqilliyi, hakimlərin peşəkarlıq səviyyəsi çox önəmlidir. Bu həmdə ölkəyə investisiyaların cəlb olunması üçün vacib amillərdəndir.
Biz burada qeyd olunacaq məsələləri bir neçə dəfə qaldırmışıq. Məsələn Vergi məhkəmələri, Müəllif hüquqları məhkəmələri, məhkəmə işçilərinin maddi texniki bazasının gücləndirilməsi və s. kimi məsələləri qaldırmışıq . Hesab edirəm ki, bu məsələlər həllini tapdığı zaman ölkəyə investisiya axınının şahidi olacağıq. Eyni zamanda daha rahat biznes mühiti yaranacaq.
Prezidentin sərəncamında qeyd olunur ki, müvafiq qurumlar 3 ay ərzində öz tövsiyələrini versinlər. Düzdür, sənəddə bizim adımız keçmir. Amma biz də ölkədə aparıcı biznes asossasiyasi olaraq öz mövqeyimizi bildirmək istəyirik. Biz apardığımız bütün ekspertizanı ortaya qoyaraq hökumətlə əməkdaşlıq etməyə hazırıq".

Amin Nəzərli
Femida.az

Açar sözlər:

Oxunub: 335