Sürücülərə xəbərdarlıq olunur


11:41     06 May 2019 2019/05/yol_357_1557128644.jpg

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yolunun 110-120-ci km-lik hissəsində nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin söküntüsü işləri aparılır.

Avtomobil Yolları Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 466