Tanınmış şair vəfat etdi


12:09     06 May 2019 19_05_06_1557130194.jpg

Tanınmış şair, filologiya elmləri doktoru Dəmir Gədəbəyli vəfat edib.


Bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat yayıblar.

Dəmir Gədəbəyli Gədəbəyin Ataxal kəndində anadan olub. 1961-ci ildə ADU-nun filologiya fakültəsini bitirib. 1975-ci ildə namizədlik, 1989-cu ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1961-1991-ci illərdə AzTV-də müxbir, redaktor və məsul katib işləyib. 1991-1994-cü illərdə "20 yanvar" qəzetinin baş redaktoru olub. Elza İbrahimovanın bəzi mahnılarının söz müəllifidir. (Modern.az)

Açar sözlər:

Oxunub: 456