Mayın 12-də qəbul imtahanı keçiriləcək
12:46 06 May 2019
Mayın 12-də I və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanında iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
Dövlət İmtahan Mərkəzindən Femida.az-a verilən məlumata görə, abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçün https://azvision.az/redirect.php?url=http://eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olmaq lazımdır.
Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər.
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmır.
Femida.az
Oxunub: 352
Oxşar xəbərlər
- Mayın sonunadək əksər rayonlarda temperatur yüksələcək
- Mayın 16-da Ay tutulacaq
- Mayın 1-dən bu xidmətdən istifadə dayandırılacaq XƏBƏRDARLIQ
- Mayın 1-dən qaz istismarı ilə bağlı pozuntuya görə yeni cərimələr tətbiq olunacaq
- Mayın 28-də “ASAN xidmət” işləməyəcək
- Mayın 28-i avtobuslar və Bakı-Sumqayıt qatarı işləyəcək - RƏSMİ
- Mayın 28-i ictimai nəqliyyat işləyəcək? - RƏSMİ AÇIQLAMA
- Mayın 25-də “YAŞAT” Marafonu keçiriləcək
- Mayın 8-də pensiyaların ödənişi tam yekunlaşacaq
- Mayın 18-nin dərs cədvəli açıqlandı