"Məhkəmələrə 200 yeni hakim qəbul olunacaq" - Nazir müavini


13:15     06 May 2019 19_05_06_1557134246.jpg


“Prezident İlham Əliyevin Azərbaycan Məhkəmə-Hüquq sistemində islahatların dərinləşməsi haqqındaimzaladığı fərmanda çoxsaylı məsələlərə toxunulub: qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmə sisteminin inkişaf etdirilməsi, hakimlərin və məhkəmə aparatı işçilərinin sosial təminatının gücləndirilməsi məsələsi, infrastruktur məsələləri, elektron məhkəmənin daha da inkişaf etdirilməsi və s. məsələsi var. Eyni zamanda fərmanda qırmızı xətlə məhkəmələrə müraciətləri imkanlarının asanlaşdırılması məsələləri qoyulub. Buna görə də ictimaiyyətin həqiqətən böyük marağına səbəb olub”.

Femida.az xəbər verir ki, bu sözləri Ədliyyə Nazirinin müavini Azər Cəfərov jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası, prokurorluq orqanlarına, Vəkillər Kollegiyasına xeyli tapşırıqlar verilib:

“Bu qurumların əməkdaşları tərəfindən işçi qruplar yaradılıb. Çoxsaylı normativ hüquq sənədlərin layihələri hazırlanıb. Onların bir qismi razılaşdırılma prosesindədir. Eyni zamanda Məhkəmə-Hüquq Şurası ilə bağlı Qaynar Xətt yaradılıb, monitorinq qrupu yaradılıb və s. Elektron Məhkəmənin bütün ölkə ərazisində yayılması ilə bağlı işlər aparılır”.

“Azərbaycanda Məhkəmə hakimlərinin sayının artırılması da nəzərdə tutulur. Belə ki, bu gün hakimlərimizin iş yükü həqiqətən də çoxdur. Belə ki, bir hakimə ayda təxminən 145 iş düşür. Ayda 22 iş günü olduğunu nəzərə alsaq, bu gündə 7 iş deməkdir. Təxminən 200 yeni hakimin işə qəbul olunması gözlənilir. Lakin bu prosesin tez bir zamanda gözləmək düzgün olmaz. Çünki hakimliyə işə başlamaq üçün çoxmərhələli imtahan və müsahibələr olur. Odur ki, bu proses təxminən 2 il ərzində tamamlanacaq”, - deyə nazir müavini qeyd edib.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #hüquq   #məhkəmə   #qanun   #Ədliyyə   #islahat   #fərman   #femida  

Oxunub: 1171