Kafedə içib tüfənglə atəş açdı, polislə əlbəyaxa oldu - Azərbaycanda
13:49 06 May 2019
Mayın 2-də saat 5 radələrində Tovuz rayonunun Əyyublu kəndi ərazisindəki kafelərin birinin qarşısında əlində tüfəng olan naməlum şəxs ictimai asayişi pozub.
DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, bu zaman ərazidə xidmət aparan Qovlar Polis Bölməsinin əməkdaşları həmin şəxsin əlindən silahı alarkən havaya 2 dəfə atəş açılıb, sonuncu tüfəngi ataraq qaçıb.
Araşdırmalarla həmin şəxsin Şəmkir rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Eynur Həsənov olması, “İJ-16” markalı tüfəngin isə müvafiq sənədlərinin olmadığı, həmçinin həmin gün qeyd edilən kafedə sərxoş halda həmkəndlisi ilə mübahisə etdiyi müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Oxunub: 580
Oxşar xəbərlər
- Kafedə qadını öldürən şəxsin istintaqı başa çatıb
- Kafedə avtomatla iki nəfəri güllələyən şəxsə hökm oxunub
- Kafedə kişini öldürən şəxs məcbur qalıb polisə təslim oldu
- Kafedə oğurluq edən Qobustan sakini tutulub
- Kafedən oğurluq edən qadın saxlanıldı
- Kafedəki atışmayla bağlı rəsmi - Açıqlama
- Kafedə müştərini döyüb pul kisəsini apardı
- Kafedə musiqi üstə adam öldürənlərin məhkəməsi başladı
- Kafedə işləyən qadın namusunu qorumaq üçün bıçağa əl atdı
- Kafedə araq şüşəsi ilə adam öldürənin cəzası 11 il oldu