"Arsenal"dan qələbə, "Çelsi"dən heç-heçə


00:52     03 May 2019 19_05_06_1557136658.jpg


Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.


Femida.az xəbər verir ki, "Arsenal" Londonda "Valensiya"nı qəbul edib və 3:1 hesabı ilə qalib gəlib. Eyni saatda başlayan digər oyunda isə "Çelsi" "Ayntraxt"ın qonağı olub. Matç 1:1 hesabı ilə başa çatıb.

Avropa Liqası
2 may
Yarımfinal, ilk oyunlar


23:00. "Arsenal" (İngiltərə) - "Valensiya" (İspaniya) - 3:1
Qollar: Diakabi, 11 (0:1), Lyakazett, 18 (1:1), 26 (2:1), Obameyanq, 90 (3:1)

23:00. "Ayntraxt" (Almaniya) - "Çelsi" (İngiltərə) - 1:1
Qollar: Yoviç, 23 (1:0), Pedro, 45 (1:1)

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşmaları mayın 9-da olacaq.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #UEFA   #Avroliqa  

Oxunub: 326