Küçələrdə rənglənmə işləri aparılacaq


14:46     06 May 2019 2018/08/renglenme-zolaq_1533624020.jpg


“Bakı Metropoliteni” QSC “MetroGallery ” layihəsi çərçivəsində daha bir layihə həyata keçirəcək.Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə paytaxtın Yusif Səfərov və Üzeyir Hacıbəyli küçələrinin hər iki istiqamətində mayın 6-sı saat 22:00-dan mayın 7-si 6:00-a kimi üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

Bu barədə Femida.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sürücülərdən bu vaxt ərzində sözügedən küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 479