Tovuzda silahlı insident: sərxoş olub....


15:18     06 May 2019 silah47.jpg

Mayın 2-də saat 5 radələrində Tovuz rayonunun Əyyublu kəndi ərazisindəki kafelərin birinin qarşısında əlində tüfəng olan naməlum şəxs ictimai asayişi pozub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, bu zaman ərazidə xidmət aparan Qovlar polis bölməsinin əməkdaşları həmin şəxsin əlindən silahı alarkən havaya iki dəfə atəş açılıb. Həmin şəxs tüfəngi ataraq qaçıb.

Araşdırmalarla həmin şəxsin Şəmkir rayon sakini, əvvəllər oğurluğa görə məhkum edilən Eynur Həsənov olması, “İJ-16” markalı tüfəngin isə müvafiq sənədlərinin olmadığı aşkarlanıb. Həmçinin müəyyən olunub ki, E.Həsənov həmin gün kafedə sərxoş halda həmkəndlisi ilə mübahisə edib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlıq araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 368