Ramil Usubov yeni rəis müavini təyin etdi


15:37     06 May 2019 19_05_06_1557142695.jpg

Daxili işlər orqanlarında daha bir təyinat olub.

Femida.az Unikal.org-a istinadən verdiyi xəbərə görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Atif Həsənov Ağcabədi Rayon Polis Şöbəsi rəisinin xidmət üzrə müavini təyin edilib.

Sözügedən xəbəri Ağcabədi Rayon Polis Şöbəsindən təsdiqləyiblər.

Qeyd edək ki, A.Həsənov bundan əvvəl Yevlax Rayon Polis şöbəsi rəisinin xidmət üzrə müavini olub.

Açar sözlər:

Oxunub: 554