Ruhanidən İlham Əliyevə Ramazan təbriki

Ruhanidən İlham Əliyevə Ramazan təbriki


16:21     06 May 2019 19_05_06_1557145299.jpg

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
İranın Azərbaycandakı səfirliyindən Femida.az -a verilən məlumata görə, məktubda deyilir:

"İlahi rəhmət və ziyafət ayı hesab edilən müqəddəs Ramazan ayının gəlişi münasibətilə Zati-alinizi, eləcə də Azərbaycan Respublikasının xalqını səmimi-qəlbdən təbrik edirəm.

Ramazan ayının gəlişi ilə təravətli İlahi bəndəlik küləyi yenə əsdi və Allahın xeyir-bərəkəti çoxaldı. Ramazan ayı can azadlığı, eşq və irfan, əhd-peymanın yenilənməsi ayıdır. Bu ayda müsəlmanların öz məbudunun qarşısında qəlblərini Tanrıya verərək, İlahi ziyafətdən bəhrələnmələri və orucluq vasitəsilə itaət və ibadətlərinin mahiyyətini əldə etmələri üçün fürsət yaranmışdır.

Ümid edirik ki, başdan-başa rəhmət və mehribanlıq ayı olan Ramazanda müqəddəs Qurani-Kərim ayələrindən bəhrələnərək, bəndəlik, Allaha yaxınlıq və İslam qardaşlığı yolunda addım ataq və bu bərəkətli nemət sayəsində, bütün dünyada sülh və əmin-amanlığın yaranmasına töhvə verək.

Sonda bu mənəviyyatlı Ramazan ayında Allah Təaladan Zati-alinizin dua və ibadətlərinin qəbul olunmasını və Azərbaycan Respublikasının xalqına isə başucalığı və səadət arzulayıram".

Açar sözlər:

Oxunub: 203