“ASAN xidmət”də bir toxunuşla növbə götürmək mümkün olacaq - VİDEO


16:42     06 May 2019 19_05_06_1557146623.jpg


Bu gündən istifadəyə verilən “ASAN xidmət” mobil tətbiqi vətəndaşların işini daha da asanlaşdırmağa hesablanıb.


Femida.az xəbər verir ki, bu tətbiqi “Android” əməliyyat sistemi ilə çalışan mobil qurğular üzərindən yükləyən vətəndaş özünə şəxsi kabinet yaradır, yararlanmaq istədiyi xidmətə uyğun olaraq “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərindən birini seçir, zəruri sənədlərlə tanış olur və növbə götürür.

Bu zaman vətəndaşa öncə müvafiq xidmət üzrə növbənin ən az olduğu mərkəzlər təqdim edilir. Son qərar isə vətəndaşındır. Ya növbənin daha az olduğu mərkəzi seçir, ya da ona ən yaxın olan mərkəzi. Beləliklə vətəndaş “ASAN xidmət”in imkanlarından sistemin təqdim etdiyi vaxtda yararlana bilir. Növbəsiz, vaxt itkisi olmadan.



Femida.az

Açar sözlər: #ASAN_Xidmət   #video  

Oxunub: 598