DİQQƏT! Bu yolda hərəkətin təşkilində dəyişikliklər edildi


22:13     06 May 2019 19_05_06_1557149414.jpg

Biləcəri dairəsində və dairəyə birləşən yollarda sıxlığın azaldılması istiqamətində Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında hərəkətin təşkilində müəyyən dəyişikliklər edilib.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Femida.az-a verilən məlumata görə, mövcud dairə genişləndirilib, yeni təhlükəsizlik adacıqları yaradılıb, səki və təhlükəsizlik adacıqlarına 6 min kv.m-ə yaxın bəzək daşları düzülüb, yeni üfiqi nişanlanma xətləri çəkilib.



Həmçinin 20 min kv.m-ə yaxın sahədə yeni yol infrastrukturu yaradılıb.

Dəyişikliklər Binəqədi rayonu, Binəqədi şosesi ilə Bakı Beynəlxalq Avtovağzalı birləşdirən və 6 km uzunluğa malik avtomobil yolunun AAYDA tərəfindən yenidən qurulması layihəsinə uyğun olaraq aparılır.

Femida.az

Açar sözlər: #AAYDA   #yol  

Oxunub: 485