Boksçularımız Rusiyada 10 qızıl medal qazanıb


20:31     06 May 2019 19_05_06_1557158174.jpg

Rusiyanın Stavropol şəhərində boks üzrə kadet, yeniyetmə, gənclər və kişilər arasında beynəlxalq turnir keçirilib.
Femida.az xəbər verir ki, yarışda ölkəmizi 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin və “Qızıl Əlcək” idman klubunun boksçuları təmsil ediblər. Komandamız turnirdə 10 qızıl, 2 gümüş, 11 bürünc medal qazanıb.

Kadetler arasında Ayaz Tağızadə (26 kq), Rauf Allahverdiyev (46 kq), Pərviz Aram (32 kq) çempion olublar. Yeniyetmələrin yarışında Amin Məmmədzadə (38,5 kq), Firudin Məmmədov (63 kq) və Davud İbrahimov (66 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Gənclərin mübarizəsində Ağasəlim Mustafazadə (60 kq), Türkeş Mustafayev (69 kq), kişilərin yarışında isə Pərvin Heydərov (69 kq) və Elsən Huseynov (+91 kq) çempion olublar.

Açar sözlər:

Oxunub: 396