Suriyanın Bab bölgəsində partlayış törədildi


21:22     06 May 2019 2019/05/8D1BF50B-100F-4DBE-AC73-C08C101858D6_1557161025.jpeg

Suriyanın şimalındakı Bab rayonunun Kabbasin qəsəbəsində partlayış törədilib.

Hadisə Kabbasinin mərkəzində motosikletə yerləşdirilən bombanın partlaması nəticəsində baş verib.

Partlayışda 8 nəfər yaralanıb, ətrafda da xeyli ziyan meydana gəlib.

Haisənin YPG tərəfindən törədildiyi ehtimal olunur.


Femida.az

Açar sözlər:

Oxunub: 3388