Nənə və nəvəni maşın vurdu - Uşağın vəziyyəti ağırdır


23:26     06 May 2019 masin%20vurdu.jpg

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Femida.az xəbər verir ki, 1958-ci il təvəllüdlü Mahmudova Rübabə Kərim qızı və 2014-cü il doğumlu Həsənli Nuray Vüqar qızı yolu keçərkən "Naz-Lifan" markalı minik avtomobili tərəfindən vurulub.

Yaralılar dərhal 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Beş yaşlı Nurayın vəziyyəti ağır olaraq qiymətləndirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 530