Maşın qaçıran yeniyetmə saxlanılıb


10:20     07 May 2019 cinayetkar%20usaq.jpg

Qax şəhər sakini İlham Qasımov DİN-in “102” Zəng Mərkəzi xidməti ilə əlaqə saxlayaraq mayın 4-dən 5-nə keçən gecə ona məxsus “VAZ 2106” markalı avtomobilin evinin qarşısından qaçırılması barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az -a verilən xəbərə görə, məlumat aidiyyatı üzrə Qax Rayon Polis Şöbəsinə göndərilib.

Daxil olan müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Qasımova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən Qax şəhər sakini bir yeniyetmə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 270