Putinin prezidentliyə başladığı gün - Vladimr haqqında 12 maraqlı FAKT

Putinin prezidentliyə başladığı gün - Vladimr haqqında 12 maraqlı FAKT


10:24     07 May 2019 19_05_07_1557210041.jpg


Bu gün Rusiya Federasiyasının prezidenti Vladimr Putinin ilk dəfə prezident kimi vəzifəsinin icrasına başlamasından 19 il ötür. Femida.az bildirir ki, 2000-ci il mayın 7-də o ilk dəfə prezident postuna əyləşmişdi.


Putin kimdir?

7 oktyabr 1952-ci ildə Sankt-Peterburqda (Leninqrad), SSRİ-də anadan olub. Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1975-ci ildən SSRİ DTK-də xidmətə başlayıb. Bir müddət Almaniyada işləyib. 1989-cu ildə istefaya çıxaraq Leninqrada Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi işləyib.

1983-cü ilin iyulunda Lyudmila Aleksandrovna ilə evlənib. İki qızları var: Mariya 1985-ci il Leninqradda və Каterina 1986-cı il, Drezdendə anadan olublar. Sankt-Peterburq Dövlət Universitetində—Мariya bioloji-təbiət, Каterina—şərq fakültəsində təhsil alıblar. Qeyd edək ki, V. Putinin qızları haqqında məlumat mətbuatda çox az verilir.



Putin 1996-cı ildə ailəsi ilə birlikdə Moskvaya qayıdır və böyük siyasətə gəlir. 1997-ci ilin martında Putin Prezident Administrasiyasının rəhbərinin müavini vəzifəsinə təyin olunur. İşinin çox olmasına baxmayaraq, 1997-ci ildə o, Sankt-Peterburq Dövlət İnstitutunda iqtisadiyyat üzrə namizədlik dissertasiyasını müdafiə edir. 1998-ci ilin mayında Putin artıq Rusiya Təhlükəsizlik Şurasının katibi, 1999-cu ilin martından o eyni zamanda Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru təyin edir və 1998-ci ildə Prezident Administrasiyasının rəhbərinin birinci müavini olur. 1999-cu ildə avqust ayında Vladimir Putin Rusiya Federasiyasının baş naziri oldu. Bu vəzifəyə onu Rusiya prezidenti Boris Yeltsin təyin edir.

2000- ci ilin martın 26-da o ilk dəfə Rusiyanın prezidenti seçilir. Növbəti dövr üçün seçkilərin qalibi yenidən Putin olur. Sonrakı il seçkilərdə o baş nazir vəzifəsini icra edir. 2012- ci il seçkilərində Putin yenidən Rusiyanın prezidenti olur. Son olaraq ötən il (18 mart 2018) keçirilən prezident seçkilərində 56,5 milyon səs toplayaraq ümumi seçicilərin 51.77 faiz səsi ilə 4-cü dəfə prezident seçilib.



Putin haqqında 12 maraqlı fakt

1. Aylıq əmək haqqı: 12 586 dollardır.
2. Xidməti avtomobili “Mercedes-Pullman”dır. 1 milyon dollar qiyməti olan avtomobilin uzunluğu 6 metrdir. Prezidentin avtomobili təhlükəsizlik baxımından ən müasir texnologiyalarla təchiz edilib.
3. Putin Moskva tıxaclarını nəzərə alaraq Kremlə bir çox hallarda helikopterlə uçur. Prezident helikopteri üçün Kremldə xüsusi meydança da hazırlanıb. Sürəti saatda 250 kilometrdir. Qiyməti 8 milyon 200 min dollara yaxındır.
4. Prezident yerli istehsal olan “İL 96-300” markalı təyyarədə uçur. Standart versiyadan 4 metr qısa olan bu təyyarə, xüsusi mühərrik sayəsində birbaşa 14 000 km məsafə qət edə bilir. Təyyarənin salonu Belçika və rus müəssisələri tərəfindən bahalı mebellə işlənib. Təyyarə həmçinin Ali Baş Komandanın qərargahı funksiyasını yerinə yetirir. Təyyarədə yataq otağı, duş, iş kabineti, mini idman zalı və iclas zalı mövcuddur.
5. Putin hər iki valideynini xərçəng xəstəliyindən itirib.
6. Ailənin üçüncü oğlu olub. Ondan əvvəl doğulan iki qardaşı uşaq yaşlarında xəstəlikdən ölüblər.



7. Dzyu-do və sambo üzrə idman ustasıdır.
8. Putinə 13 dəfə sui-qəsdə cəhd olunub.
9. 1 yanvar 2000-ci ildə Putin Çeçenstana səfər edərkən vertolyotu güllə atəşinə tutulub.
10. Putin siyasi qərarlıarı üzərkən qərar verir. Səhər yeməyindən sonra ilk işi idmanla məşğul olmaqdır. Yaxınlarının dediyinə görə, o, Rusiyanın gələcəyi ilə bağlı qərarların çoxunu üzərkən verir. Adi günlərdə hovuzdan çıxandan sonra idman zalına keçir. Hobbisi ağırlıq qaldırmaqdır. Xəbərlər kanallarına baxaraq gündəmlə maraqlanır. Görüşmək istəyən nazirlər, bürokratlar qapısında növbəyə dururlar. 2-3 saat gözləmək adi hal sayılır.
11. Ən böyük qorxusu zəhərlənməkdir. Xarici səfərlər zamanı oteldə təxminən 200 otaq tutulur. Kəşfiyyat xidməti lazımi yoxlamaları bir ay öncədən aparır. Döşəkağılar və hamam dəstləri Rusiyadan xüsusi və möhürlü şəkildə aparılır. Otağa yalnız şəxsən dövlət başçısı girə bilər. Səfərlər zamanı aşpazlarla bərabər ofisiantlar və təmizlik xidmətçiləri də gedir.
12. Putinin iş otağında stolun üzərində nə kompyuter, nə də televizor olur. Dövlət nümayəndələri stolun ətrafına toplanaraq ölkə başçısını məlumatlandırırlar. İclas zamanı müasir texnologiya deyil, Sovet dönəmindən miras qalan prinsiplərdən və qayda-qanundan istifadə edilir. Putinin hər gün xüsusi əhəmiyyət verdiyi, vaxt ayırdığı üç sənəd olur. Birincisində Federal Təhlükəsizlik Xidmətinin (FTB) hazırladığı, ikincidə Xarici Kəşfiyyat Xidmətinin (XTB) hazırladığı məlumat yer alıb. Sonuncuda isə Putinin yaxın şəxsi mühafizə şəbəkəsinin hazırladığı məlumatlar olur.



Amin Nəzərli

Femida.az

Açar sözlər: #Putin   #Rusiya   #prezident   #maraqlı   #faktlar   #dünya   #siyasət  

Oxunub: 994