Qurbanov “Qarabağ”a qarşı qolu qırıq halda oynayıb

Qurbanov “Qarabağ”a qarşı qolu qırıq halda oynayıb


10:53     07 May 2019 2019/05/752885_1557212382.jpg

"Səbail"in hücumçusu Ruslan Qurbanov Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində "Qarabağ"a qarşı oyunda zədəli halda oynayıb.


Femida.az futbolinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin də formasını geyinən forvard bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

Ruslanın sözlərinə görə, "Qarabağ"a Tofiq Bəhramov adına Respublika stadionunda 0:4 hesabıyla uduzduqları oyunda qolu qırıq halda mübarizə aparıb. Hətta buna görə qarşılaşmadan sonra 28 yaşlı forvardın qoluna gips də qoyulub:

"Qarabağ"la qarşılaşmanın başlanmasına 5 dəqiqə qalmış təsadüfən paltardəyişmə otağında yıxıldım. Buna görə 90 dəqiqə qırıq əllə oynadım. Əlimdə çat var və artıq gips qoyulub. Bütün bunları ona görə yazıram ki, Ramazan ayı gəlib və istənilən vəziyyətdə Allaha minnətdaram. Deməli, hər bir işdə xeyir var və Allah məni sınayır. Hamının Ramazan bayramı mübarək!"

Qeyd edək ki, Qurbanov debüt mövsümünü keçirdiyi "Səbail"də sona 1 tur qalmış bürünc medalçı olub.

Açar sözlər:

Oxunub: 229


Oxşar xəbərlər