Azərbaycana narkotik gətirən şəxslər saxlanıldı - FOTO


11:08     07 May 2019 19_05_07_1557212931.jpg

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər.


Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Lerik rayonu ərazisində keçirilən əməliyyat zamanı Lənkəran sakini Əfqan Ağayev 1 kiloqram 210 qram narkotik vasitə olan tiryəki 7 min manata satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb. O, ifadəsində narkotik vasitələri tanışı İlham adlı şəxsdən 4 min manata aldığını bildirib.

Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul olan Lənkəran şəhər sakini İlham Əsgərov da tutularaq istintaqa təqdim edilib. O, ifadəsində Ə.Ağayeva tiryək satdığını etiraf edərək, həmin narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından 1800 manata aldığını bildirib.

Şöbə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə Lənkəran şəhər sakini Müşfiq Şükürov da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılıb. Onun əlindəki bağlamaya baxış zamanı 405 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

Açar sözlər:

Oxunub: 312