Nazirlik sahibkarlara müraciət etdi
11:32 07 May 2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindəki “Məşğulluq” altsistemi yaxın günlərdə istifadəyə veriləcək.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, altsistemin əsas üstünlüklərindən biri kimi burada işsiz və işaxtaran vətəndaşlar üçün vakansiya bankı yaradılıb. Hazırda həmin bazaya işəgötürənlər, o cümlədən işəgötürən olaraq fəaliyyət göstərən sahibkarlar tərəfindən vakansiyalar barədə məlumatlar daxil edilir. İşəgötürənlər yeni və ya boş (vakant) iş yerləri barədə məlumatları “Məşğulluq haqqında” qanuna əsasən ən geci 5 (beş) iş günü müddətində vakansiya bankına daxil etməlidirlər.
Bunun üçün onlar e-sosial.az ünvanına (yaxud e-gov.az ünvanına) daxil olmalı, “e-Xidmətlər” bölməsində “Yeni iş yeri və boşalan iş yeri (vakansiya) barədə məlumatların təqdim edilməsi” elektron xidmətini seçməlidirlər. Bundan sonra “Vakansiyalar” bölməsindəki “Yeni vakansiya” altbölməsində vakant iş yeri barədə məlumatlarını daxil etməlidirlər. Sonda isə “Yadda saxla” düyməsini basmalıdırlar.
Hər bir işəgötürən, o cümlədən sahibkar qeyd edilən məlumatları vakansiya bankına daxil etməklə, onlardakı vakant iş yerlərinə vaxt itkisi olmadan, daha asan şəkildə uyğun işçi qüvvəsi tapa bilmək imkanı qazanmaqla, məşğulluq siyasətinin icrasına öz töhfəsini vermiş olur.
Sistem daim yenilənən məlumat bazasına malik olmaqla, işsiz və işaxtaranlara vakansiya bankına birbaşa çıxış və öz peşələrinə, ixtisaslarına, iş bacarıqlarına uyğun vakant yerləri üzrə birbaşa müraciət imkanı verir.
Femida.az
Oxunub: 325
Oxşar xəbərlər
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırıb
- Nazirlik bəstəkar-müğənninin bağ evində aşkarlanan ayı balası ilə bağlı məlumat yayıb
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Nazirlik xaricdə təhsil alan həkimlərin aksiyasına münasibət bildirib
- Nazirlik “Omikron”dan qorunmaq üçün əhaliyə tövsiyə verib
- Nazirlik təhrif olunmuş xəritələrlə bağlı tədbirlər planı hazırlayıb
- Nazirlik vəfat edən şəxsin topladığı pensiya kapitalının taleyinə aydınlıq gətirib
- Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI
- Nazirlik zəif anemiyası olan uşaqlara peyvənd vurulmasını tövsiyə edib