Bərdədə şantaj: Rüsvay edəcəkdi, özü rüsvay oldu


11:57     07 May 2019 2018/08/cinayet-hebs-genc-696x522_1534489882.jpg

Bərdə Rayon Polis Şöbəsinə müraciət edən Tərtər rayon sakini A.Abdullayev mayın 6-da həmyerlisi T.Əliyevin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 1500 manat pul tələb etməsini bildirib.

DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, müraciətlə əlaqədar keçirilmiş əməliyyat tədbirləri ilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən T.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun A.Abdullayevdən aldığı 1000 manat pul maddi sübut kimi götürülüb. Araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 760