Qızıl oğurluğunda şübhəli bilinən qrup saxlanıldı


12:17     07 May 2019 19_05_07_1557217183.jpg


Pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qrup üzvləri saxlanılıb.


DİN Mətbuat Xİdmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, mayın 4-də Bərdə rayon sakini Tural Çingizov RPŞ-yə ərizə ilə müraciət edərək evindən pul və qızıl-zinət əşyalarının oğurlandığı barədə məıumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakinləri Aqil Maqsudov, Xəyal Vəzirov, Elməddin İsgəndərov və Rəhman Səfərov saxlanılıb. Araşdırmalarla onların 1730 manat dəyərində pul, 1 cüt qızıl sırğa, 2 ədəd üzük, 1 ədəd boyunbağı və bilərzik oğurladıqları müəyyən edilib. Oğurlanmış pulun və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Açar sözlər: #qızıl   #Bərdə   #DİN   #polis  

Oxunub: 496