Naxçıvanda 15 minə yaxın yeni iş yeri açılıb - 4 ildə


14:25     07 May 2019 naxcivan%20ehali.jpg

2004-cü illə müqayisədə Naxçıvan Muxtar Respublikanın ümumi daxili məhsulunun həcmi 12, sənaye məhsulları istehsalı 38,7, kənd təsərrüfatı məhsulları istehsalı 6,1, əsas kapitala investisiya qoyuluşu 12,7, xarici ticarət dövriyyəsi isə 12,4 dəfə artıb.
Femida.az
xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin məlumatında qeyd olunub.


Bildirilib ki, son illər ərzində yeni yaradılan müəssisələrdə 73 mindən çox iş yeri açılıb, təkcə ötən beş il ərzində isə muxtar respublikada 85 elm və təhsil, 60 səhiyyə, 13 gənclər və idman, 137 mədəniyyət müəssisəsi, 17 sosial qayğıya ehtiyacı olan ailələr üçün ev, 52 kənd və 54 xidmət mərkəzi tikilərək istifadəyə verilib.

"Bu dövrdə 3 yeni elektrik stansiyası fəaliyyətə başlayıb. Naxçıvan indi elektrik enerjisi ilə nəinki özünü təmin edir, hətta bu sahədə ixracatçı kimi də tanınır. 2014-2018-ci illərdə muxtar respublikada sahibkarlara 113 milyon 762 min 900 manat kredit verilib. Həyata keçirilən yeni layihələr və yaradılan istehsal sahələri hesabına bu dövrdə muxtar respublikada 15 minə yaxın yeni iş yeri açılıb ki, bu da regional inkişafın ən əsas müsbət göstəricilərindəndir. Dövlətin özəl sektora, habelə onun aparıcı sahəsi olan sənayeyə göstərdiyi diqqətin nəticəsində təkcə 2018-ci ildə istehsal olunan sənaye məhsulunda özəl sektorun payı 94,7 faiz təşkil edib"-, deyə məlumatda bildirlib.

Femida.az

Açar sözlər:

Oxunub: 296