Azərbaycanda bu çayxana ağacın başında yerləşir-VİDEO


14:37     07 May 2019 2019/05/photo_183_1557225409.jpg

Masallının Xanalion kənd sakini Maqsud Şirəliyev ağac başında qeyri-adi çayxana düzəldib.


Femida.az -ın verdiyi məlumata görə, 35 metr hündürlüyü olan ağacda təşkil edilən bu çayxanada müştərilərə 50 metr uzaqlıqdan kanat vasitəsi ilə çay göndərilir. Maqsud Şirəliyev əvvəlcə 13 il ərzində ərsəyə gətirdiyi, müxtəlif meyvə və dekorativ bitkilər becərdiyi bağındaadi bir çayxana yaradıb. Sonradan qərara gəlib ki, müştəri cəlb etmək üçün orjinal ideya həyata keçirsin. Beləliklə, M.Şirəliyev yerdəki çayxanası ilə yanaşı, ağacda da belə bir məkan yaratmaq qərarına gəlib. Bunun üçün bağındakı 35 metr hündürlüyündə olan Göyrüş ağacında sözügedən çayxananı yaradıb. Hazırda bu çayxanada istirahət edib, çay içmək istəyənlərin sayının çox olduğunu deyən M.Şirəliyev, hətta bunun üçün günlərlə növbə gözləyənlərin olduğunu söyləyib. Müştərilər də bu isti yay günlərində 35 metr hündürlükdə, sərin havada çay içməyin ayrı ləzzəti olduğunu söyləyirlər.Daha ətraflı videonu təqdim edirik:



Açar sözlər: #maraqlı  

Oxunub: 1472