Belarusun Baş Qərargah rəisi Azərbaycandadır

Belarusun Baş Qərargah rəisi Azərbaycandadır


16:04     07 May 2019 19_05_07_1557230746.jpg

Azərbaycanda rəsmi səfərdə olan Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini general-mayor Oleq Belokonevin rəhbərlik etdiyi nümayəndə heyəti hərbi hissədə olub.


Müdafiə Nazirliyindən Femida.az -a verilən məlumata görə, qonaqlar ərazidəki hərbi infrastruktur, inzibati, xidməti binalar və qurğular, eləcə də əsgər yataqxanası, yeməkxana və hərbi texnika ilə tanış olublar.

Onlara şəxsi heyətin döyüş və xidməti vəzifələrini yerinə yetirməsi üçün yaradılan şərait barədə ətraflı məlumat verilib.

Açar sözlər:

Oxunub: 139