Rzayevlərin iddiası təmin edildi - Müəllimə böhtan atan valideynlər CƏZALANDIRILDI


16:49     07 May 2019 2019/05/mehkeme_5bc9aa46e0235_1557233312.jpg


Aktyor-rejissor Rza Rzayev və 220 saylı məktəbin direktor müavini Zeynəb Rzayeva ilə həmin məktəbdə oxuyan bəzi şagirdlərin valideynləri arasındakı mübahisə ilə bağlı məhkəmə prosesi başa çatıb. İclas Nizami rayon məhkəməsində baş tutub. Femida.az-a bu barədə R.Rzayev özü məlumat verib.


Zeynəb Rzayevaya qarşı məktəbin sinif müəlliməsi Taliyə Mirzəliyeva və onunla əlbir olan 3 valideyn və məktəbin psixoloqu Gülbəniz İsmayılova tərəfindən aparılan qarayaxma kampaniyası və böhtan xarakterli ittihamların "Yeni avaz" adlı media orqanında işıqlandırılmasına görə, məhkəmə həmin valideynlərdən ikisini cəzalandırıb. 220 nömrəli məktəbin sinif müəlliməsi Mirzəliyeva Taliyə Gündüz qızı tərəfindən öyrədilmiş valideyinlər Salmanova Pərvanə Ələkbər qızına və Məmmədova Aliyə Məhərrəm qızına Nizami Rayon Məhkəməsinin qərarı ilə 6 ay islah etmə işləri hökmü çıxarılıb. Və Zeynəb Rzayeva cavabdeh şəxslərin xususi ittiham qaydasında höküm çıxarılan Salmanova Pərvanə Ələkbər qızı, Məmmədova Aliyə Məhərrəm qızı və “yeniavaz.com” saytı haqqında Nizami Rayon Məhkəməsində mülki iddia da qaldırıb. İddiaçı tərəfə Nizami rayon Məhkəməsi tərəfindən bu gün iddia ilə bağlı hökmün sürəti təqdim edilib.


Aliyə Məmmədova


Pərvanə Salmanova

Hakim Rauf Əhmədov təqsirləndirilən şəxslər Aliyə Məmmədova və Pərvanə Salmanovanın “Yeniavaz” portalının “youtube” kanalındakı Z.Rzayeva ilə bağlı rüşvət alması və şagirdlərdən pul yığması iddiasını böhtan kimi qiymətləndirib. Beləliklə hər iki şəxsin Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsinin tərkib hissəsini yaradan hərəkətlərə yol verdiyi qeyd olunub. Sözügedən xanımlara Nizami rayon məhkəməsi tərəfindən 6 ay müddətində islah işləri növündə cəza təyin edilib.

Bundan başqa məhkəmə ekspertizasına görə xərclənmiş 320 manatın Pərvanə Salmanova və Aliyə Məmmədovadan müştərək qaydada tutulması ilə bağlı qərar çıxarılıb. Eyni zamanda şərəf və ləyaqətə və işgüzar nüfuza vurulmuş zərərə görə Salmanova Pərvanə Ələkbər qızından 500 manat, Məmmədova Aliyə Məhərrəm qızından 500 manat məbləğinda pul vəsaiti xüsusi ittihamçı və mülki iddiaçı Rzayeva Zeynəb Vəli qızının xeyrinə tutulması və Yeniavaz.com internet səhifəsində üzr istənilməsi hökm olunub.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #məhkəmə   #qanun   #hökm   #Nizami   #məktəb   #Rzayev   #valideyn   #yeniavaz   #cəza  

Oxunub: 2658