Göygöldə 6 otaqlı evdə yanğın olub


18:16     07 May 2019 yangin_38673636.jpg

Göygöl rayonunun Quşçu kəndində ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsində 3 otağın və dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə, bitişik ümumi sahəsi 100 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 8 ton ot bağlaması yanıb.
Femida.az FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 248