ABŞ "S-400"lərdən niyə qorxur? - Ərdoğanın ŞOK PLANI
17:20 07 May 2019
“S-400” hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə yerləşdiriləcəyi vaxt yaxınlaşdıqca, Ankaraya qarşı etirazların şiddəti də artır. Türkiyə tarixinin ən ciddi təhdidləriylə qarşı-qarşıyadır.
ABŞ 1974-cü ildə baş verən Kipr Sülh Hərəkatından sonra ilk dəfədir türkləri silah embarqosu ilə hədələyir. Görəsən, qərb Ankaranın “S-400” sistemlərini almasından niyə bu qədər narahatdır? Əslində qərb NATO ölkəsi olan Türkiyənin hərbi qüdrətinin artmasından məmnun olmalı idi axı... Necə ki, Yunanıstan Rusiyadan bu sistemləri alanda ABŞ və Avropa nəhəngləri eyni yanaşmanı göstərmişdi. Demək qərbin “damarlarından axan” ikili standartın arxasında başqa səbəblər var.
1. “S-400”lər Türkiyəyə yerləşdiriləndən sonra mövqe mübarizəsinin getdiyi Aralıq və Egey dənizləri Ankaranın nəzarətinə keçəcək. Nəzərə almaq lazımdır ki, “S-400”lər düşmən hədəflərini 600 kilometr məsafədən görə və 400 kilometr məsafədən məhv edə bilir. Müdafiə sistemləri İzmir və Hatay vilayətlərinə yerləşdirilərsə, Egey və Aralıq dənizləri “Türk gölünə” çevriləcək. Bununla da, Türkiyə bölgədəki təbii qaz yataqlarının təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayacaq. Beləliklə, ABŞ-ın Egey və Aralıq dənizlərindəki təbii sərvətləri mənimsəməsi və Aralıq dənizinə çatacaq “Kürd dövləti” planı iflasa uğrayacaq.
2. Ankaranın “S-400”lərə sahib olması əzəli rəqibi Yunanıstan üzərində böyük üstünlük əldə etməsinə səbəb olacaq. Əvvəla, Yunanıstanın mübahisəli adaları işğal etmək planları iflasa uğrayacaq. Türkiyə Yunanıstandan qalxacaq bütün təyyarələri müşahidə edə və vura biləcək. Yunanıstanın Ankaranı raketlərlə təhdid etməsi aradan qalxacaq.
3. Türkiyə “S-400”lər vasitəsiylə regionun açıq-aşkar lider dövlətinə çevriləcək. “F-22”, “F-35” və “Su-57” qırıcılarına sahib ölkələr belə Ankaranı təhdid edə bilməyəcək. Çünki “S-400”lər radarlardan gizlənə bilən bu qırıcıları müəyyən edə bilir. Buna misal olaraq, “S-400”lərdən daha zəif xüsusiyyətlərə malik olan “S-200”lərin Suriya sərhədini pozan İsrailə məxsus “F-35”i vurmasını göstərmək olar.
4. Türkiyənin hərbi cəhətdən güclənməsi ABŞ-ın İran barədə planlarını da alt-üst edir. İraq və Suriyadakı vəziyyətdən dərs alan Ankara, qonşuluğunda yerləşən daha bir ölkənin müharibə meydanına çevrilməsinə imkan vermək istəməz.(Redaktor.az)
Oxunub: 959
Oxşar xəbərlər
- Abşeronda hərbi sursat aşkarlanıb
- ABŞ-da atışma olub, ölən və yaralananlar var
- ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib
- Abşeronda kişi qısqanclıq zəminində bıçaqlanıb
- ABŞ Qarabağla bağlı narahatlığını bildirib
- ABŞ dünya ictimaiyyətini meymunçiçəyi ilə mübarizə aparmağa çağırır
- ABŞ-da paradda atışmada ölənlərin sayı 7 nəfərə çatıb
- ABŞ və İran nümayəndələri arasında danışıqlar davam etdiriləcək
- Abşeronda quldurluq edən iki nəfər saxlanılıb
- ABŞ-da yük maşınında 46 nəfərin meyiti aşkarlanıb